Braziliya parlamentinin Deputatlar Palatasının binasında yanğın baş verib.

Unikal.org-un məlumatına görə, yanğının qısaqapanma səbəbindən başladığı ehtimal edilir.

Yanğının qarşısı alınsa da, plenar iclas zalına böyük ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Braziliya parlamenti hazırda qış fasiləsindədir və fevral ayında işini bərpa edəcək.