Bu gün Bakı Metropolitetində sərnişinlərdən biri qatar yoluna düşərək tunellə qaçmağa başlayıb.

Hadisə metronun "İnşaatçılar stansiyasında baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Metropolitetinin Mətbuat katibi Nəsimi Paşayev məlumat verib: "İntihar məqsədi olmayıb. Qatar yoluna düşən şəxs tunellə "Elmlər Akademiyası stansiyasına doğru qaçmağa başlayıb. Dərhal təhlükəsizlik tədbilri görülüb, qatarların hərəkəti dayandırılıb. Qatarların hərəkətində 10 dəqiqə fasilə yaranıb. Hazırda həmin şəxs saxlanılıb. Bu şəxsin Şəmkir rayon sakini 1992-cı il təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğlu olduğu müəyyən edilib. Olayla bağlı araşdırma aparılır.