Gəncədə bıçaqlanma hadisəsi olub.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımova Türkan Sahib qızı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumatagörə, qadın övladlarına əsəbiləşərək bıçaqla özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.