Salyanda piyadanı avtomobil vuraraq öldürüb. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Salyan rayonunun Yenikənd kəndində kənd sakini, 26 yaşlı Əliyev Elxan Nəriman oğlunun idarə etdiyi "VAZ 21015 markalı avtomobillə 36 yaşlı Həsənli kənd sakini, Xanəliyev Rəşad Valeh oğlunu vurub.

Yaralı Salyan rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.