Cəlilabadda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumata görə, rayonun Göytəpə şəhərində ümumi sahəsi 128 m² olan tövlənin çardağının yanar konstruksiyaları 50 m² sahədə və 14 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. -‹