Hər kəs bu ailənin vəhşiliyindən danışır. İngiltərədə bir cütlük 14 yaşlı qızı qaçırıb, 1 ilə yaxın evlərində məcbur saxlayıblar. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə yaşayan ər-arvad gənc qızdan seks köləsi kimi istifadə ediblər. 42 yaşlı cütlük, qıza gündə 3 dəfə təcavüz edib. Zorla saxlama və təcavüzlər 2016-ci ilin oktyabr ayında başlayıb. O dönəmdə qızın 14 yaşlı bir şagird olduğunu öyrənilib.

Larri Dayks və Alisiyanın gənc qıza 1 il ərzində təcavüz etdiyi bildirilir. Ancaq məhəmə qurbanın adını açıqlamayıb.

Prokuror Ben Berkstresser bildirib ki, ər-arvad qızı seks köləsi olaraq istifadə edib. Onun sözlərinə görə, kişi qıza təcavüz edərkən, arvadı da bunu izləyib. Hadisə qızın bir dostunun polisə məlumat verməsiylə ortaya çıxıb.

Prokuror bildirib ki, təzminat olaraq ər-arvadın 500 min dollar ödəyəcəyini də açıqlayıb.