Sabirabad rayonunda intihar hadsəsi baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, saat 18.30 radələrində ailə münaqişəsi zəminində Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1969-cu il təvəllüdlü Qurbanov Fətəli Ağalələ oğlu özünü asaraq intihar edib.

Bundan əvvəl ailədə yaranan münaqişə səbəbindən evini yandıran və özünü də yandırmaq istəyən F.Qurbanova ailə üzvləri bunu etməyə imkan verməyib. Lakin gözdən yayınan adı çəkilən şəxs özünü asaraq intihar etməyə müvəffəq olub.

Faktla bağlı Sabirabad ryon prokurorluğu araşdırma aparır.