Səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəza ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra rəsmi məlumat yayılacaq. 

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

xxx

Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada partlayış baş verib.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, partlayışa səbəb qaz sızması olub.
Hadisə yerində olan polisin verdiyi məlumata əsasən, partlayış nəticəsində 2 nəfər xəsarət alıb. 

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var.