Türkiyədə Atatürk hava limanından ölkəyə qanunsuz keçirilən 200 ədəd porsuq kürkləri ələ keçirilib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qeyri-qanuni yolla gətirilən xəzlər yoxlama zamanı Ukraynanın Odessa şəhərindən uçuş edən Azərbaycan əsilli Ş.A -nın çantasından çıxıb. Ş.A həyat yoldaşı ilə Türkiyəyə gəlib. Həıyat yoldaşının şübhələri əsasında çantasına baxış keçirilib.

Vakum paketlərdə dəyəri 45 min TL olan 200 porsuq kürkü ələ keçirilib. Şübhəli Ş.A saxlanılaraq barəsində müvafiq qərar qəbul edilib.