Unikal.org milli.az-a istinadən xəbər verir ki, ötən gün "Səni axtarıram" verilişində 16 yaşlı tələbəsini qaçırdan 36 yaşlı Orucun fotosu təqdim edilib.
Verilişin eksperti Şəfiqə Nağıyeva Orucun şəklini gördükdə şoka düşdüyünü dilə gətirib.
Qeyd edək ki, dünənki buraxlışda Xoşqədəm Hidayətqızı Humayın ailəsinə qaytarıldığını bildirib. Aparıcı Orucun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə də məlumat verib.