Qərargahı Hollandiyadanın Lahey rayonunda yerləşən Türkiyə Azərbaycan Mədəniyyət Dərnəyinə hücum olunub.
Unikal.org xəbər verir ki, hadisə keçən 02:30 radələrində baş verib. Hücumu maskalı şəxslər - PYD / PKK və ermənilər tərəfindən edildiyi ehtimal edilir. Bir qurup maskalı şəxs Dərnəyin ofisinin şüşələrini qırıb və müxtəlif şuarlar səsləndirərək ərazidən uzaqlaşıblar.
Hollandiyada Azərbaycan Türk Mədəniyyət Birliyinin sədri İlhan Aşkın hadisə ilə bağlı AA müxbirinə açıqlama verib və o hücumu qınayıb. O bildirib ki, hücumla bağlı bütün materiallar Hollandiya polisinə verilib: "Əməkdaşlarımızdan xəsarət alan olmasa da, binaya maddi ziyan dəyib. Bu hücumu edənlər Hollandiya Türk xalqının dostluq münasibətlərini gözü götürməyən insanlardır. Bundan sonra da münasibətlərimizi yaxşılığa doğru davam etdirəcəyik".