Lerik rayonuna yağan güclü qar problemlər yaradıb.
Unikal.org report-a istinadən xəbər verir ki, nəticədə rayonun Orand kəndinə yağan güclü qarın ağırlığına tab gətirməyən elektrik naqilləri qırılıb.
Kənd sakinlərinin verdiyi məlumata görə, bu səbəbdən kəndə verilən elektrik enerjisi kəsilib. Hava şəraiti imkan vermədiyindən, bərpa işləri sabah aparılacaq.
Kənddə qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb.
Ümumilikdə cənub bölgəsində qarlı və şaxtalı hava şəraiti davam edir.