Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Unikal.org-un  APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hərəkətdə olan "Lexsus markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Xəsarət alan piyadalar dərhal xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.