Bakıda qadına qarşı xuliqanlıq əməli törədilib. Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Şərur rayon sakini, 1988-ci il təvəllüdlü Arzu Quliyeva polisə müraciət edərək bildirib ki, gecə saatlarında Xəqani küçəsində yerləşən "Troya gecə klubunun qarşısında döyülüb. 30 yaşlı qadın zorakılıq hərəkətləri edən şəxsin tanışı, Burhan adlı şəxsin olduğunu deyib və həmin şəxsin onun "Blackberry markalı mobil telefonunu əlindən aldığını əlavə edib.

Şikayətçi hadisənin hansı səbəbdən baş verməsini qeyd etməyib.

Araşdırma aparılır.