Bakı sakini telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib. Unikal.org Lent.az-a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Nəsib Məlikovr oğlu ərizə ilə müraciət edərək bildirib ki, Puşkin küçəsi 2- ünvanında yerləşən "Puşkin bağında oturacaqda oturarkən yanına qoyduğu özünə məxsus "Samsung J3 markalı mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb. Şikayətçi əlavə edib ki, hadisə vaxtı sərxoş vəziyyətdə olub.

Araşdırma aparılır.