Ucar rayonunda iki uşaq atası intihar edib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaracallı kəndində baş verib.

1988-ci il təvəllüdlü Qafil Əlmərdan oğlu Nəbiyev yaşadığı evin həyətində yerləşən yarımtikilidə özünü asaraq intihar edib.

Mərhum evli olub, iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.