Bu gün axşam saatlarında rayonun Çolaqlı kənd sakini 2007-ci il təvəllüdlü Murad Nizami oğlu Abdullayev it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Unikal.org apa-ya istinadən xəbər verr ki. 11 yaşlı M. Abdullayev yaşadığı kəndin ərzisində küçə ilə gedərkən sahibsiz itin hücumuna məruz qalıb.
İt M. Abdullayevin sağ ayağının baldır nahiyəsindən dişləyib. Murad Abdullayevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.