Moldovanın ərazisinə ABŞ qoşunları daxil olub.
Bu gün Rumıniya ərazisindən ABŞ ordusuna məxsus zirehli texnika Moldova ərazisinə daxil olub.
ABŞ ordusunun birlikləri "Dragon Pioneer" adlı ABŞ-Moldova hərbi təlimlərinə qatılacaqlar.
Sərhəddə ABŞ əsgərlərini Moldovaya gəlmələrinə etiraz edən rusiyayönümlülər və bu hadisəyə sevinənlər qarşılayıblar. Tərəfdarlar əllərində gül-çiçək və "Xoş gəlmisiniz!", "Moldova NATO-ya daxil olmalıdır!" şüarları, əleyhdarlar isə "NATO bizə lazım deyil!" şüarları tutublar.
Məlumata görə, Moldovaya ABŞ ordusunun 100 ədəd zirehli texnikası daxil olub.(Ölkə.Az)