Bakının Səbail rayonunda, Bakı-Salyan yolunun Şıxov qəsəbəsi ərazisinə düşən hissəsində zəncirvari qəza baş verib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, "Mercedes", "Hundai" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində sonuncu maşında olan 2 nəfər xəsarət alıb.
Qəzaya yuxarı məhəllədən yola axan suyun donması səbəb olub.
Əraziyə DİN-in Çevik Polis Alayı və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Asayiş keşikçiləri maşınların hərəkətini asanlaşdırmaq üçün yola duz səpiblər.
YPX əməkdaşlarının həmin ərazidə avtomobillərin aşağı sürətlə hərəkət etməsini tənzimləməsinə baxmayaraq, yüksək sürətlə gələn "99-LS-111" dövlət qeydiyyat nişanlı BMW markalı maşın yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.