Bakıda yanğın hadisəsi baş verib. 

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Qaradağ rayonu, Buta Qəsəbəsində ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağı 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.