Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Vəliyev Niyaz Araz oğlu Lökbatan qəsəbəsindəki evində qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis bölməsində araşdırma aparılır.