Yanvarın 27-dən 29-dək daxili işlər orqanları tərəfindən gün ərzində 164 cinayət faktı qeydə alınıb, onların da 36-sı "isti izlərlə açılıb.

DİN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.