Bakıda yanan bina söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən unikal.org-a daxil olan məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının ərazisində məişət tullantıları 5 m2 sahədə yanıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məlumatda o da bildirilir ki, binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil.
Əlavə məlumat veriləcək.

17:04

Bakıda yaşayış binasında yanğın olub.

Unikal.org apa-ya istinadən xəər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda yanğına qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.