Yevlax rayonunda yük avtomobili qəzaya uğrayıb.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə şəhərin mərkəzində baş verib.

"TM AH 20 33 TR dövlət nömrə nişanlı yanacaq daşıyan TIR yolun ortasındakı dairəyə çırpılıb. Qəza zamanı yük avtomobilinin benzin çəni deşilib və yanacaq yola tökülüb. Yerə yanacaq dağıldığından əraziyəFövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yük maşınının sürücüsü, 1979-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı Habidqullayev Təkmuhamməd Niyazməhəmməd oğlu xəstəxanaya aparılıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

Hadisənin səbəbləri araşdırılır.