Salyan rayon sakinindən narkotik vasitə aşkarlanıb.

Unikal.org xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədi ilə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Əməliyyat zamanı rayon sakini Şöhrət Habil oğlu Ağayev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman üstündən 3,5 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.