Ağdam rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, İsgəndər Səmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü və onun arvadı Qənirə Səmədova ağır bədən xəsarətləri alıb. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisə azyaşlı uşağını xəstəxanaya çatdırmaq üçün sürücü avtomobili yüksək sürətlə idarə edərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.