Goranboyda dəm qazından zəhərlənmə olub.

Unikal.org-un apa-ya istyinadən verdiyi məlumata görə, hadisə rayonun Xanqərvənd kəndində baş verib.

Kənd sakini olan gənc qadın yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. O dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.