Səhər saatlarında Bakı metrosunda 13 saylı marşrut üzrə hərəkət edən qatar nasazlıq səbəbindən depoya göndərilib.

Unikal.org xəbər verir ki, Bakı Metropoliteininin məttbuat xidməttinin rəhbəri Nəsimi Paşayev bildirib ki, onun yerinə xətdə qatar buraxılıb və qatarlararası interval artıb: "Həmçinin, pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

N. Paşayev bildirib ki, artıq interval tam bərpa olunub, qatarların hərəkətində heç bir problem yoxdur.