Bakıda yeni tikilən binadan yıxılan fəhlə ölüb.
Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Məlumata görə, "Fərəh MTK-nın inşa etdirdiyi binada fəhlə işləyən Zahir Hüseynov yıxılaraq ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər Z.Hüseynovun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.