Türkiyədə hamilə vaxtı böyrəklərini və uşağını itirən gəlinə qaynatası öz böyrəyini verdi.
 
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Sami adlı qaynata və Seda adlı gəlini bu barədə açıqlama verib.
 
Seda:"Bir il əvvəl nədənsə bədənimdə ağrılarım oldu. Müayinədə böyrəklərimin sıradan çıxdığını bildim və həmən vaxtı da hamilə idim. 29 yaşında həm böyrələrimi və həmdə 6 aylıq bətnimdə olan övladımı itirdim. Artıq həkimlər mənim də öləcəyimi bildirmişdilər. Bu zaman qaynatam öz böyrəyini mənə verdi. Hazırda özümü yaxşı hiss edirəm. Mənə həyat verən qaynatama öz minnətdarlığımı bildirirəm".
 
Sami (qaynata): Üç övladım var. İkisi oğlan, biri qızdır. Gəlnimi də qızım qədər çox istəyirəm. Öz könüllü olaraq xəstəxanaya getdim. Tərəddüt etmədən böyrəyimi ona verdim".