Türkiyədə PKK terrorçuları polis bölməsinə hücum edib.
Mardinin Derik və Şanlıurfanın Viranşehir rayonları arasında, İpəkyolu üzərində yerləşən jandarma polis bölməsinə bomba yüklü maşınla hücum edilib. Terror aktı nəticəsində 1 əsgər şəhid olub, 10 əsgər yaralanıb. Yaralılardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir. Partlamanın gücü yüksək olduğu üçün qonşu evlərə də ziyan dəyib.
Hadisə yerinə çox sayda yanğınsöndürmə, təcili tibbi yardım maşınları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.
Hücumdan sonra güc strukturları bölgədə geniş miqyaslı əmliyyat başladıblar. Əməliyyata görə yolda nəqliyyatın hərəkəti dayandırılıb. (AzNews.az)