Dünən Bakıda polis əməkdaşlarının həyatlarını təhlükəyə ataraq köməksiz vəziyyətdə qalan 3 uşağı xilas etdiyi hadisənin görüntüləri yayılıb.
Unikal.org bildirir ki, görüntüdə birinci mərtəbədəki mağazanın yanması və tez-tez partlayışın baş verməsi müşahidə olunur.
Binanın üçüncü mərtəbəsindəki evlərin birində köməksiz vəziyyətdə qalmış və tüstüdən zəhərlənmiş 14 yaşlı Kərəm, 12 yaşlı Elcan və 9 yaşlı Selcan Səfərlilər polis əməkdaşları tərəfindən xilas edilib, onlara ilkin tibbi yardım göstərilb. Qohum olan azyaşlıların vəziyyətləri qənaətbəxşdir.
Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.
Hadisə nəticəsində azyaşlıları xilas edən Nəsimi RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları - polis serjantları Qoşqar İşmayılov və Kamran Əhmədli tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya yerlədiriliblər.