"Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı ilə birlikdə müraciətlər əsasında prezident İlham Əliyevə məktub göndərmişdik. Demək olar ki, bizim müraciətimizdə adları əks olunanların hamısı əfv fərmanı ilə azadlığa çıxdı".
Bu fikirləri Unikal.org-a açıqlamsında hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə deyib.
O qeyd edib ki, hazırda belə bir müraciət yoxdur: "Əgər müraciət olarsa, mən yenə də üzərimə düşəni etməyə hazıram. Mənə istər siyasi adlandırılan, istərsə də digər vətəndaşlar tərəfindən daxil olan müraciətlərin hamısına hüquq müdafiəçisi kimi diqqətlə yanaşıram. Çalışıram ki, azadlığa buraxılmaq üçün həqiqətən də haqqı varsa, cəzasının aşağı salınmasına qanun yol verirsə, işin hallarında müsbət mənada dəyişiklər olubsa, yəni, dəyən zərər ödənibsə, aidiyyatı orqanlara müraciət edirəm və bunu mətbuata vermirəm".
Həsən Babayev