Əməkdar artist Röya Ayxan özü ilə bağlı yayılan videoya münasibət bildirib.
Unikal.org Axşam.az-a istinadən məlumatına görə, videoda müğənni toyda oxuyarkən bir gənc səhnənin qarşısına gəlib, onunla selfi çəkdirmək istəyir. R.Ayxan isə həmin an oğlana arxasını çevirib. Onun bu hərəkəti sosial şəbəkədə birmənalı qarşılanmayıb. Hər kəs ifaçının qeyri-etik addım atdığını bildirib.
Müğənni açıqlama verərək, həmin gənclə dost olduğunu deyib. O, hətta gənclə fotosunu da paylaşıb:
"Baxın, bu da oğlanın özü. Bizim münasibət və ortada olan sevgi gözəldir. Sadəcə, qıraqdan kim çəkibsə, o bunu öz adına layiq təqdim etdi. Vladik, sənə görə az qala məhkəmə olacaq".