Şəhid olan Silahlı Qüvvələrin əsgəri dəfn edilir.
Unikal.org anspress-ə istinadən bildirir ki, qoşunların təmas xəttində qarşı tərəflə atışmada əsgər Yüzbəyov Əmrah Aydın oğlu mayın 3-də şəhid olmuşdu. 
19 yaşlı Yüzbəyov Əmrah ötən il aprel ayında Xaçmaz rayonundan hərbi xidmətə çağrılmışdı. Xaçmaz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlunun nəşi bu gün səhər saatlarında rayona gətirilib.
Şəhid Xaçmaz rayon Hacıməmmədoba kənd qəbristanlığında dəfn olunur.
Şəhidin nəşi ata evindən qəbristanlığa kimi olan 1 km məsafəni döyüş yoldaşlarının çiynində onlarla insanın müşayiəti ilə aparılıb. 
Qeyd edək ki, şəhid olan Y.Əmrah ailənin ikinci övladı olub. O, aprel döyüşləri başlayanda Facebook səhifəsində - "şəhid olmaq hamıya qismət olmur" statusunu paylaşıb.