Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.
Unikal.org xəbər verir ki, müğənni şeiri sosial şəbəkədə paylaşıb. O, izləyicilərin merac gecəsini təbrik edib.
Həmin şeiri təqdim edirik:
"Elə yataram ağuşunda,
Pərvazlandır şənbəmi,
Cüməmi, çərşənbəmi.
Zər-zinətdə, daş-qaşda,
Heç bir kəsdə gözüm yox.
Gözüm ancaq səndədir.
Gözəlliyindədir gözüm.
Namazında, zikrində,
Səcdəndədir sözüm.
İşıq gəlir, nur gəlir sözümə
Güc gəlir, ruh gəlir qoluma
Lütf gəlir, hava gəlir başıma
Qoy havalanım eşqindən.
Məst olum gözəlliyindən.
Ağzım tama gəlsin dadından.
Gözüm ancaq səndədir.
Düşüb gözüm sənə yaman.
Ol mənimlə, ey tanrım.
Səndən başqa heç kimə
Könül verməm, kimsəm yox
Nə qədər desən, sözüm çox.
31-ci ayə, 76-cı surə
Anaların ruh ünvanı olan,
Xanım Fatimeyi Zəhramın.
Qüsursuz olan Məryəmin oğlu
Məsihamın,
Aşiqinəm Rəsulum.
Zəlilinəm, Allahım.
Sürgününəm, düşgününəm.
Xəstələndim dərdindən.
Bir içim suya möhtac kimi
səhrandayam.
Götür məni ağuşuna,
Çatdır məni dərvişimə.
Tez al məni dərgahına
Gördüyün kimi sev məni.
Ölürəm sənin üçün.
Elə yataram ağuşunda.
Əbədiyyən bu yuxudan
Oyanmaram.
Şirinliyindən doymaram.
Dərinliyindən çıxmaram.
Duymadı məni
Görmədi səni
Sevmədi onu
Kimsə sən tək
Sən də.
Tək-tək istədiyini aldın məndən
İndi əl çək
Əl çək məndən!
Ey, oğru!?
Oğrusan sən dünya
Oğru dünya.
Doğru dünya.
Oğru dünya...!