Ukraynada məktəb müəllimi tələbələrinin qarşsında seksual hərəkətlər etdiyi üçün məhkəməyə verildi.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Xerson rayonunda kənd məktəblərinin birində baş verib. Şagirdlərdən biri müəlliməsinin sinif otağında davranışları ilə bağlı valideynlərinə danışıb. O deyib ki, müəlliməsi məktəbə mini-yubkada gəlir, şagirlərin qarşısında sekual hərəkətlər edir və dərsdən çox bu mövzuda danışır. Həmçinin şagirdlər müəllimin seksual hərəkətlərini fotoyada alıblar. Valideynlər direktora məsələ ilə bağlı müraciət edib və o dərhal işdən azad olunub.
Lakin müəllim məktəbə qarşı iddia açıb. İddiaya görə şagirdlər onun şərəf və ləyaqətini təhqir ediblər. Əslində isə müəllimin fotosu vasitəsilə onun həqiqətən də seksual hərəkətlərə yol verdiyi sübuta yetirilib və işdən kənarlaşdırılıb.