Pxençxan şəhərində sayca XXIII Qış Olimpiya Oyunları start götürüb Unikal.org xəbər verir ki, bu günə qədər bir dəfə - 1988-ci ildə Yay Olimpiya Oyunlarının ev sahibi olan Cənubi Koreya ilk dəfə "Ağ Olimpiadanı təşkil edəcək.
Oyunlarda 92 ölkə iştirak edəcək. 102 dəst medal uğrunda 2902 idmançı mübarizə aparacaq. Yarışa sabah Bakı vaxtı ilə saat 15:00-da yarışa rəsmi start veriləcək.
Azərbaycan isə yarışda 1 idmançı ilə təsmil olunacaq. Belə ki, milliləşdirilmiş avstriyalı Patrik Braxner həm bayraqdarımız olacaq, həm də medal ümidimiz... Bu onun ölkəmiz adına ikinci Qış Olimpiya Oyunlarıdır.
Təmsilçimiz dağ xizək idmanında (slalom və nəhəng slalom üzrə) nəyə qadir olduğunu nümayiş etdirəcək.
Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunlarının və XII Qış Paralimpiya Oyunlarının Pxençxanda keçirilməsi barədə qərar 2011-ci il iyulun 6-da Beynəlxalq Olimpiya Komitəsinin Durbanda baş tutan 123-cü sessiyasında verilib. Onlar səsvermənin son mərhələsində Almaniyanın Münhen və Fransanın Ansi şəhərlərini qabaqlayıblar. Pxençxan Olimpiadasında 13 idman obyekti atletlərin istifadəsinə verilib. Onların ümumi tamaşaçı tutumu 135 min nəfərdi. İdman obyektləri sırasında ən böyüyü "Pxençxan olimpiya stadionudu. Sabah açılış mərasimi də məhz 35 min azarkeş tutumuna malik bu arenada baş tutacaq.
Oyunların rəsmi bağlanış mərasimi isə fevralın 25-də Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Martın 9-18-də isə Paralimpiada təşkil ediləcək. Olimpiadanın rəsmi talismanı ağ pələng Suxoranq, qara ayı Pandabidir.