"Arsenal Məsut Özillə yeni müqavilə bağladıqdan sonra klub düşərgəsində vəziyyət gərginləşib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "topçuların bir neçə futbolçusu məvaciblərinin artırılmasını tələb edirlər. Artıq "Arsenalın uelsli yarımmüdafiəçisi Aaron Remzi işarə edib ki, gələn ilin yayında başa çatacaq müqaviləni yeniləməyəcək.O, məvacibinin artırılmasını tələb edir.Remzinin həftəlik məvacibi 110 min funtdu.
Eyni tələblə Denni Uelbek də çıxış edib.
Məsut Özil yeni müqavilənin şərtlərinə görə, həftədə 350 min funt qazanacaq.