Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.

Unikal.org xəbər verir ki, siyahıda Azərbaycanın 4 komandası yer alıb.

Klublarımız arasında ən yaxşı nəticə yenə "Qarabağdadır. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 542-ci komandasıdır. "Qarabağ son siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

368 xala malik "Keşlə 777-ci yerdə qərarlaşıb. "Qəbələ 255 xalla 816-cı pillədədir. "Zirənin isə 217 xalı var. Paytaxt təmsilçisi planetin 839-cusudur. Bu klublar müvafiq olaraq, 4, 3 və 2 pillə irəliləyiblər.

Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. "Real 17892 xalla 1-ci, "Barselona 15431 xalla 2-ci, "Atletiko 13432 xalla 3-cüdür.