Tovuzda uşaq yanıq xəsarətləri alıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Hunanlar kənd sakini, 2016-ci il təvəllüdlü Quluzadə Nuray Elman qızı evdə nəzarətsiz qalan zaman içi qaynar su ilə dolu qazanı üzərinə aşırıb.

İkinci dərəcəli yanıq xəsarətləri alan uşaq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.