Fransanın Dyepe bölgəsində "Saipol aqroşirkətinə məxsus zavodda baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, partlayışdan sonra müəssisədə güclü yanğın olub. Hazırda yanğın söndürülüb.

Məlumata görə, qəza baş verən an hadisə yerində texniki işlər aparılıb. Hadisənin səbəbi açıqlanmır.