Mingəçevirdə 9 yaşlı güləşçi məşq zamanı ciddi xəsarət alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhər stadionunda fəaliyyət göstərən güləş zalında baş verib.
2009-cu il təvəllüdlü Atakişiyev Ümid Bilal oğlu məşq zamanı fənd işlədərkən baş nahiyəsi ehtiyatsızlıqdan zalın divarına dəyib. Nəticədə başı yarılan uşaq xəstəxanaya yerləşdirilib.