Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə danışıqların bərpa olunması üçün öz şərtlərini açıqlayıb.

"Rusiya hərbçiləri torpağımdan, Ukrayna ərazisindən çıxarıldığı günün sabahısı, ölkəmin ərazi bütövlüyü bərpa olunduqdan sonra biz digər müxtəlif məsələlər ətrafında danışıqlar aparmağa hazır olacağıq, - deyə P.Poroşenko "İnterfaks-Ukraynaya bildirib.

P.Poroşenko Ukraynada daxili münaqişənin olmadığını vurğulayıb.