Türkiyənin Ərzurum bölgəsində qanlı insident baş verib.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı beş nəfər ölüb, iki nəfər yaralanıb.

Məlumata görə, qətlə yetirilənlər bir ailənin üzvləridir. Onlar iş yerlərində baş vermiş münaqişə zamanı silahlı şəxs tərəfindən güllələniblər. Cinayətin hansı səbəbdən baş verdiyi araşdırılır.