Dağıstanda baş verən silahlı insident nəticəsində Rusiya Milli Qvardiyasının ("Rosqvardiya) iki hərbçisi ölüb.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Qerqa qəsəbəsində qeydə alınıb.
Məlumata görə, yerli sakin məişət münaqişəsi zəminində odlu silahdan atəş açaraq "Rosqvardiya-nın iki əsgərini güllələyib. Hərbçilərin hər ikisi aldığı yaralardan hadisə yerində keçinib. Atəşaçan şəxs saxlanılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.