Şimali Koreya Türkiyənin maliyyə qurumlarına kiber-hücum təşkil edib.

Unikal.org xəbər verir ki, bu barədə "McAfee internet təhlükəsizliyi təşkilatının hesabatında deyilib.

Türkiyəyə kiber hücum 2-3 mart tarixlərində baş tutub. Şimali Koreyadan olan hakerlər Türkiyədəki maliyyə və hökumət qurumlarını viruslu bir kripto-valyuta saytına yönləndirərək həssas məlumatları ələ keçirməyə cəhd edib.

Qeyd edək ki, Şimali Koreyaya qarşı Qərbin sanksiyalarının sərtləşdiyi bir dövrdə ölkənin kiber hücumlara daha çox meyil etdiyi bildirilib. (axar.az)