Rusiyanın Mari El Respublikasında fərdi evdə yanğın baş verib.

Unikal.org-un "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Medvedevsk rayonunda qeydə alınıb.

Hadisə nəticəsində 2010 və 2014-cü il təvəllüdlü 2 qız uşağı yanaraq ölüb. Yanğın zamanı evdə azyaşlılardan başqa heç kəs olmayıb. Ev əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb.

Faktla bağlı cinayət işi açılıb. Yanğının səbəbləri araşdırılır.