ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs veteranlar evində 3 nəfəri girov götürüb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yuntvil şəhərində qeydə alınıb.

Silahlı şəxs binaya daxil olaraq 3 nəfəri girov götürüb. Hadisə yerinə polis və digər güc strukturlarının nümayəndələri cəlb olunub.

Veteranların işi üzrə departamentin məlumatına əsasən, Yuntvildə yerləşən müəssisədə 1000-ə yaxın insan yaşayır.