Antalyada yaşayan Sertok Özen adlı şəxs bir il sonra törətdiyi cinayətin səbəbini etiraf edib. 

Unikal.org  Türkiyə mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı S.Özən həyat yoldaşı 47 yaşlı Hənifəni və 23 yaşlı qızı Esranı alkoqol üstündə öldürdüyünü söyləyib:

"Mənə içkilisən, spirtli içki aludəçisisən deyirdilər. Bu mövzuda həyat yoldaşım və qızım çox üstümə gəlirdi. O qədər təzyiq və tənqid edirdilər ki, onlara qarşı kin bəsləməyə başlamışdım. Onların bu şikayətlərindən bezdim və hər ikisini öldümək qərarına gəldim. 

Evə gələn zaman qızım məni görməzdən gəldi, üzümə də baxmadan öz otağına getdi. Sonra həyat yoldaşım mənə "hansı cəhənnəmdəsən, deyə soruşdu. Bu zaman mübahisə etməyə başladıq. Bir müddət sonra mübahisəmiz daha da böyüdü. Nəhayət, onları qonaq otağına çağırıb söhbət edəcəyimi dedim. Əvvəlcə qızım Əsranı sonra da arvadım Hənifəni güllələdim. Öldüklərinə əmin olandan sonra hadisə yerindən qaçdım".

Cinayətlə bağlı məhkəmə prosesinə növbəti günlərdə davam etdiriləcək.